“Gemini” özbaşına üç şirkətə haker hücumu həyata keçirib - BBC

19-09-2026, 12:58           
“Gemini” özbaşına üç şirkətə haker hücumu həyata keçirib - BBC
“Google” bildirib ki, onun süni intellekt modeli “Gemini” kibertəhlükəsizlik imkanlarının sınağı zamanı üç şirkətə avtonom şəkildə haker hücumu həyata keçirib.
Yeniavaz.comBBC-yə istinadla xəbər verir ki, belə bir halın ilk dəfə baş verdiyi düşünülür.
“Gemini” internetdə açıq olan məlumatları tapıb və sınağın bir hissəsi olduğunu düşündüyü veb-saytlara daxil olmaq üçün giriş məlumatlarını təxmin edib. Hər üç halda “Gemini” hücumu özü dayandırıb”, - “Google” rəsmisi bildirib.
Qeyd olunub ki, hücumdan zərər çəkən şirkətlər hadisə barədə məlumatlandırılıb.
“Bu hadisə süni intellektin inkişaf tempinin yenidən ictimai diqqət mərkəzinə düşdüyü bir vaxtda baş verib. Bəzi texnologiya şirkətləri süni intellektin insanlıq üçün potensial təhlükəsi ilə bağlı narahatlıqlarını ifadə edərək inkişafın yavaşladılmasına çağırırlar, baxmayaraq ki, bütün şirkətlər bununla razılaşmır”, - nəşr yazır.
Qeyd edək ki, digər süni intellekt sistemlərinin də son vaxtlar oxşar pozuntu hallarını qeydə aldığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]