Gürcüstanın keçmiş DTX rəhbəri həbs edildi

17-09-2026, 07:24           
Gürcüstanın keçmiş DTX rəhbəri həbs edildi
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvili korrupsiya cinayətlərində təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi bu gün qərar qəbul edib.

Məhkəmənin qərarına əsasən, Qriqol Liluaşvili ona qarşı irəli sürülmüş dörd epizod üzrə — uşaq bağçalarının idarə olunması agentliyi ilə bağlı cinayət əməllərinə, dələduzluqla məşğul olan “çağrı mərkəzləri”nin fəaliyyətinə himayədarlıq etməkdə və iqtisadiyyat nazirinin sabiq müavini Romeo Mıkautadzenin vasitəsilə rüşvət almağın iki epizodunda təqsirli bilinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]