Türkiyəli kriminal avtoritet Bakıda güllələndi - TƏFƏRRÜAT

15-09-2026, 09:58           
 Türkiyəli kriminal avtoritet Bakıda güllələndi - TƏFƏRRÜAT
Türkiyə ictimaiyyəti arasında “Boyun” qrupu kimi tanınan cinayətkar qruplaşmanın yüksək səviyyəli rəhbərlərindən biri Recep Demir Azərbaycanda təşkil olunan silahlı hücum nəticəsində həyatını itirib.

Gununsesi.info bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumatda deyilir ki, xaricdə qaçaq vəziyyətdə olan və barəsində axtarış qərarı verilən Demir silahlı pusquya məruz qalaraq ağır yaralanıb:

”Ətrafdakıların məlumatı əsasında hadisə yerinə göndərilən təcili tibbi yardım briqadaları Recep Demirin hadisə yerində öldüyünü müəyyən edib.

Azərbaycan hüquq-mühafizə orqanları hücumun baş verdiyi ərazidə geniş təhlükəsizlik tədbirləri həyata keçirərək araşdırmaya başlayıb”.

HÜCUMU “DALTONLAR” ÇƏTƏSİ HƏYATA KEÇİRİB?

Hadisədən dərhal sonra başlanan istintaq çərçivəsində hücumun arxasında “Daltonlar” kimi tanınan rəqib cinayətkar qruplaşmanın dayandığı iddia edilib.

Hüquq-mühafizə orqanları iki qrup arasında bir müddətdir davam edən düşmənçiliyin silahlı hücuma çevrildiyi ehtimalı üzərində dayanır. Qaçan hücum edən şəxslərin kimliyinin müəyyənləşdirilməsi məqsədilə əməliyyat keçirilir.

Ərazidəki təhlükəsizlik kameralarının görüntülərini araşdıran hüquq-mühafizə əməkdaşları şübhəlilərin saxlanılması istiqamətində fəaliyyətlərini davam etdirirlər.

Demirin meyiti isə məhkəmə-tibbi ekspertizanın aparılması üçün müvafiq quruma aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]