Rusiya Odessada yük gəmisini vurdu

15-09-2026, 00:17           
Rusiya Odessada yük gəmisini vurdu
Rusiya Silahlı Qüvvələri PUA-lar vasitəsilə Odessa limanında yerləşən quru yük gəmisini hədəf alıb.

"Cebheinfo.az" Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, vurulan gəminin Ukrayna Silahlı Qüvvələrinə təminat üçün nəzərdə tutulmuş hərbi təyinatlı yükləri daşıdığı bildirilir.

Xatırladaq ki, sentyabrın 12-nə keçən gecə Rusiya ordusu zərbə dronları və dəqiq idarə olunan silahlarla Odessa vilayətinin liman infrastrukturuna, habelə Zaporojye, Dnepropetrovsk və Krivoy Roqdakı metallurgiya müəssisələrinə kütləvi zərbələr endirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]