Sakit okeanda onlarla insanın olduğu bərə batıb - FOTO - VİDEO

13-09-2026, 11:18           
Sakit okeanda onlarla insanın olduğu bərə batıb - FOTO - VİDEO
Vanuatu sahillərində bərənin batması nəticəsində 30-dan çox insan itkin düşüb.

Bu barədə "Reuters" agentliyi Sakit okeandakı ada dövlətinin baş naziri Cotam Napatın ofisinə istinadən məlumat verib.

Gəminin göyərtəsində ümumilikdə 40-dan çox sərnişin və heyət üzvü olub. Məlumata görə, bir nəfər həlak olub, daha 15 nəfəri xilas etmək mümkün olub. Digərləri isə itkin düşüblər. Hazırda xilasedicilər axtarış-xilasetmə əməliyyatını davam etdirirlər.

İlkin ehtimala görə, gəmi qəzasına heyət tərəfindən təhlükəsizlik qaydalarının pozulması səbəb ola bilər. Baş nazirin ofisindən qeyd olunub ki, heyət fırtınalı hava haqqında xəbərdarlıqlara məhəl qoymayıb və gəminin həddindən artıq yüklənməsinə şərait yaradıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]