Hörmüz boğazında tanker vuruldu: Ölən var

13-09-2026, 10:26           
Hörmüz boğazında tanker vuruldu: Ölən var
Hörmüz boğazında tanker mərmi ilə vurulub.

TASS xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.

"Hazırda heyətin vəziyyəti, dəymiş ziyanın qiymətləndirilməsi və ətraf mühitə təsiri barədə məlumat yoxdur", - deyə məlumatda bildirilir.

İranın Keşm dairəsinin rəhbəri Əmir Teymurinin bildirdiyinə görə, Hörmüz boğazında İranın mülki gəmisinə endirilən zərbə nəticəsində azı bir nəfər həlak olub, üç nəfər yaralanıb.

"Bu gün səhər saat 5:00-də ticarət gəmisi Henqam adası və Keşm adasının Şib-Deraz sahili ərazisində zərbəyə məruz qalıb", - deyə o vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]