ABŞ-də nəhəng alliqator uşağa hücum etdi: Azyaşlı möcüzə nəticəsində xilas oldu

13-09-2026, 12:34           
ABŞ-də nəhəng alliqator uşağa hücum etdi:
Amerika Birləşmiş Ştatlarının Florida ştatında üzməyin qadağan olunduğu ərazidə suya girən uşaq alliqatorun hücumundan sağ çıxmağı bacarıb.

Hadisə barədə "The Mirror" nəşri məlumat yayıb.

Hadisə Sprinq-Hill şəhərində yerləşən "Weeki Wachee" təbiət qoruğunda qeydə alınıb. Florida Balıq və Vəhşi Təbiətin Mühafizəsi Komissiyasından verilən məlumata əsasən, içərisində azyaşlının da olduğu qrup qadağan edilmiş zonaya daxil olub. Məhz bu zaman suda uzunluğu təqribən 3,6 metrə çatan alliqator uşağa hücum edib.

Azyaşlı yırtıcının caynağından qurtularaq digər şəxslərlə birlikdə qumluq sahilə çıxa bilib. Lakin onlar həmin yerdən müstəqil şəkildə geri dönə bilməyiblər. Əraziyə cəlb olunan xilasetmə qrupu insanları oradan çıxarıb və xəsarət alan uşaq tibb müəssisəsinə yerləşdirilib. Qol və ayaq nahiyəsindən yaralanan azyaşlıya tibbi yardım göstərildikdən bir neçə saat sonra o, xəstəxanadan evə buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]