VƏKİL 5 MİLYON DOLLARLA YAXALANDI – FOTOLAR

12-09-2026, 00:00           
VƏKİL 5 MİLYON DOLLARLA YAXALANDI – FOTOLAR
Ukrayna Təhlükəsizlik Xidməti (SBU), Dövlət Tədqiqat Bürosu (DBR) və Baş Prokurorluq Kiyevdə cinayət işinin bağlaması müqabilində 5 milyon ABŞ dolları rüşvət tələb edən vəkili ifşa edərək saxlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna xüsusi xidmət orqanları məlumat yayıb.İşin materiallarına əsasən, vəkil dələduzluq, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulmasında təqsirləndirilən şəxsə hüquq-mühafizə orqanları ilə "məsələni həll etməyi" təklif edib.

5 milyon dollar müqabilində hüquqşünas hazırda xaricdə olan şübhəliyə öz əlaqələrindən və təsirindən istifadə edərək cinayət təqibinə xitam veriləcəyini vəd edib. Həmçinin, gələcəkdə "müştərisinin" məsuliyyətə cəlb olunmayacağına, beynəlxalq axtarışa verilməyəcəyinə, haqqında İnterpola məlumat ötürülməyəcəyinə, bank hesablarına və əmlakına həbs qoyulmayacağına zəmanət verib.

SBU əməkdaşları vəkili paytaxtın Peçersk rayonundakı banklardan birində 3 milyon 800 min dollar məbləğində "avans" alarkən cinayət başında yaxalayıblar.Məlum olub ki, saxlanılan şəxs pulun ötürülməsini pərdələmək üçün öncədən bankda eyni məbləğdə nağd pul sifariş edibmiş. Onun planı pulu alan kimi başqa əsginaslarla dəyişdirmək və cinayətin sənədləşdirilməsini çətinləşdirmək olub.

Hazırda saxlanılan şəxsə Ukrayna Cinayət Məcəlləsinin 369-2-ci maddəsinin 3-cü hissəsi (nüfuzdan sui-istifadə) üzrə ittiham irəli sürülüb. Onu əmlakı müsadirə olunmaqla 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.Faktla bağlı istintaq tədbirləri davam edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]