ABŞ-də ayı evə girərək əlil arabasındakı kişini parçalayıb

7-09-2026, 16:38           
ABŞ-də ayı evə girərək əlil arabasındakı kişini parçalayıb
ABŞ-nin Nyu-Meksiko ştatında ayı yaşlı kişinin evinə girərək ona hücum edib.

"People" nəşri xəbər verir ki, 67 yaşlı kişi hadisə zamanı evdə tək olub. Onun ögey oğlu isə poçta gedibmiş.

Məlumata görə, yaşlı kişi yaxın vaxtlarda insult keçirib, həyat yoldaşını itirib və əlil arabasından istifadə edib.

Ögey oğlu evə qayıdarkən qapının yarıaçıq olduğunu görüb. İçəri baxdıqda ayı ilə qarşılaşıb və otağında gizlənərək polisə, eləcə də qohumlarına zəng edib.

Hadisə yerinə gələn kişinin bacısı və bacısı qızı siqnal verərək ayını evdən uzaqlaşdırıblar. Daha sonra evə daxil olan qohumlar kişinin öldüyünü aşkar ediblər. Onun ayının hücumu nəticəsində həyatını itirdiyi müəyyənləşdirilib.

Polis əməkdaşları daha sonra ayının izinə düşərək onu zərərsizləşdiriblər.

Qohumlarının ehtimalına görə, kişi qapı arxasından gələn səsi eşidib və yaxınlarından birinin qayıtdığını düşünərək səhvən ayının evə daxil olmasına şərait yaradıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]