Özbəkistanda yaşayış binasının zirzəmisində şok görüntülər: Hovuzun içindən köpəkbalıqları çıxdı - VİDEO

5-09-2026, 12:24           
Özbəkistanda yaşayış binasının zirzəmisində şok görüntülər:
Özbəkistanın şərqində yerləşən Fərqanə şəhərində yaşayış binalarından birinin zirzəmisində siam köpəkbalıqlarının saxlanıldığı qanunsuz süni göl (hovuz) aşkar edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Fərqanə vilayətinin Tikinti və Mənzil-Kommunal Təsərrüfatı Sahəsinə Nəzarət üzrə İnspeksiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qurum əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində məlum olub ki, binanın altındakı hovuz yerli sakin tərəfindən quraşdırılıb. Həmin şəxs orada onadək şirin su siam köpəkbalığı (panqasius) bəsləyib. İnspeksiya tərəfindən paylaşılan görüntülərdə Cənub-Şərqi Asiya üçün xarakterik olan iriölçülü balıqların kiçik və bulanıq su çənində üzdüyü əks olunub.
Ümumi istifadədə olan sahənin qanunsuz zəbt edilməsinə görə həmin vətəndaş barəsində inzibati protokol tərtib edilib. Qayda pozucusuna cərimə tətbiq olunub.

İnspeksiya həmçinin kişiyə zirzəmini 15 gün müddətində boşaltmaq və obyekti əvvəlki vəziyyətinə qaytarmaq öhdəliyi qoyub. Bununla belə, nəzarət orqanları müsadirə edilən köpəkbalıqlarının sonrakı taleyi barədə hələlik heç bir məlumat verməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]