Bakının Sabunçu rayonunda maraqlı hadisə baş verib.

4-09-2026, 00:09           
Bakının Sabunçu rayonunda maraqlı hadisə baş verib.
TEREF “Qafqazinfo”ya istinadən xəbər verir ki, Maştağa qəsəbəsinin Tavaylıq adlanan hissəsində “Khazar” markalı minik avtomobili bir neçə digər maşını əzib.

Hadisəni törədən 23 yaşlı Rüstəm Həbibov (ad-soyad şərtidir) polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Rüstəm qəzadan bir neçə gün əvvəl qəsəbədə tanış olduğu qızı qaçırıb. Onlar həmin müddətdə Rüstəmin istifadəsində olan “Khazar” markalı avtomobillə hərəkət ediblər və həmin nəqliyyat vasitəsində gecələyiblər.

Qızın anası polisə müraciət edərək övladının tapılması üçün kömək istəyib. Həmçinin qızın anasının rəfiqəsi də onların axtarışına qoşulub və barışığa çalışıb. Həmin qadın Rüstəmi və qızı yaşadıqları əraziyə dəvət edərək görüşüb məsələni yoluna qoyacağını deyib. Rüstəm avtomobillə görüş yerinə gələrkən orada polis maşınını görüb və avtomobilini sürətlə idarə edərək uzaqlaşmağa çalışıb. Qəza da həmin vaxt olub.

Barəsində inzibati protokol tərtib edilən R.Həbibov Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq inzibati həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]