ABŞ İranın cənubundakı Hörmüzgan əyalətində bir neçə elektrik enerjisi təchizatı şəbəkəsinə zərbələr endirib. Nəticədə həmin ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
IRIB xəbər verir ki, bu barədə ölkənin Enerjinin İstehsalı və Paylanması Şirkətinin direktoru Məhəmməd Allahdad bildirib.
"Bu ərazilərdə yaranmış fasilələri bir saat ərzində aradan qaldırmaq və istehlakçıların elektrik enerjisi ilə təchizatını bərpa etmək üçün bütün səylərimizi göstəririk", - deyə o qeyd edib.