Sərxoş pilot Macarıstanı ayağa qaldırdı: İki qırıcı havaya qalxdı - VİDEO

31-08-2026, 15:38           
Sərxoş pilot Macarıstanı ayağa qaldırdı: İki qırıcı havaya qalxdı - VİDEO
Macarıstanda 24 yaşlı pilot aerodroma daxil olaraq "Cessna 172" tipli yüngül mühərrikli təyyarəni qaçırıb.

Oxu.Az "Baza" "Telegram" kanalına istinadən xəbər verir ki, təyyarəni qaçıran şəxs "Paks" Atom Elektrik Stansiyasına (AES) doğru istiqamət götürüb.

Mülki aviasiya təyyarələrinin belə obyektlərə üç kilometrdən yaxın məsafədə uçmasına icazə verilmir. Həyəcan siqnalı ilə iki qırıcı təyyarə havaya qaldırılıb. Lakin onların müdaxiləsinə ehtiyac yaranmayıb.

İdarəetmənin öhdəsindən gələ bilməyən pilot tarlaya sərt eniş edib.
Təyyarənin kabinəsindən çıxan şəxs daha sonra hadisəni görərək ona kömək etmək üçün yaxınlaşan kişinin avtomobilini qaçırmağa cəhd edib. Lakin sürücü onun ikinci dəfə nəqliyyat vasitəsi qaçırmasına imkan verməyib.

Qısa müddət sonra hadisə yerinə gələn polis qaydanı pozan şəxsi saxlayıb.

Polisin məlumatına görə, təyyarəni qaçıran şəxs sərxoş vəziyyətdə olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]