Gəncə bazarında DƏHŞƏT: oğul anasını öldürdü

28-08-2026, 16:08           
Gəncə bazarında DƏHŞƏT: oğul anasını öldürdü
Gəncədə qətl hadisəsi baş verib.
TEREF xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Food city" bazarında qeydə alınıb.

Sözügedən bazarda dükanda qadın paltarı satan 64 yaşlı L.Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ona yardım edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, qadını oğlu aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. /APA/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]