Nepalda daşqın fəlakəti: 150-dən çox ölü, yüzlərlə itkin düşən var - VİDEO

27-08-2026, 09:08           
Nepalda daşqın fəlakəti: 150-dən çox ölü, yüzlərlə itkin düşən var - VİDEO
Nepalın şimalındakı Rasuva bölgəsində daşqın nəticəsində həlak olanların sayı 157 nəfərə çatıb.

Bu barədə "Ratopati" media şirkəti xəbər verir.

Ən çox meyit Çitvanda aşkarlanıb - 64 nəfər. Dhadinq rayonunda 27, Navalparasidə isə 22 nəfər həlak olub. Daha 41 nəfər xəstəxanalara yerləşdirilib.

Nepal Turizm Nazirliyinin məlumatına görə, 403-ə yaxın turist itkin düşüb. Onların arasında 341 əcnəbi var. Axtarış-xilasetmə əməliyyatına 3,3 min polis əməkdaşı cəlb olunub. 28 polis əməkdaşı itkin düşmüş hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]