610 bal topladı, amma tələbə ola bilmədi - FOTO

26-08-2026, 11:08           
610 bal topladı, amma tələbə ola bilmədi - FOTO
Yüksək bal toplasa da, arzuladığı ixtisasa qəbul ola bilməyən tələbələr də var. Belə abituriyentlərdən biri H.G. olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" adlı "Facebook" səhifəsində məlumat paylaşılıb.

Abituriyent sosial şəbəkə hesabında 610,4 bal topladığını, lakin heç bir universitetə qəbul olmadığını deyib.

Məlumata əsasən, IV ixtisas qrupu üzrə hazırlaşan H.G. qarşısına yalnız tibb sahəsində təhsil almaq məqsədi qoyub. Bu səbəbdən ixtisas seçimi zamanı yalnız tibb ixtisasını göstərib.

O, gələn il yenidən imtahan verməyi planlaşdırdığını bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]