Kali Hardig Arkanzas Su Parkında hovuzda üzərkən nadir və ölümcül "beyin yeyən amöb" (Naegleria fowleri) infeksiyasına yoxulur.

24-08-2026, 00:03           
Kali Hardig Arkanzas Su Parkında hovuzda üzərkən nadir və ölümcül "beyin yeyən amöb" (Naegleria fowleri) infeksiyasına yoxulur.
Bu xəstəliyə tutulan insanların 99%-i ölür.
Anası onu tez xəstəxanaya aparır. Qızı süni şəkildə komaya salırlar. Bədən temperaturunu 34 dərəcəyə qədər düşürürlər. Bununla beyindəki iltihabı və təzyiqi (şişkinliyi) azaldırlar.
Həmçinin həkimlər xüsusi icazə ilə təmin edilən “Miltefosine” dərmanından istifadə edirlər. Bu dərman əslində ana bətnindəki parazit xəstəlikləri və xərçəng üçün hazırlanmışdı. Amma laboratoriya sınaqlarında “Naegleria fowleri” amöbünü öldürə bildiyi məlum olduğu üçün Kalinin müalicəsinə daxil edilir.
Çətinliklə də olsa da qızı həyata qaytara bilirlər. İnfeksiyadan sonra Kali gəzməyi, danışmağı və yazmağı yenidən öyrənmək üçün uzun müddət reabilitasiya keçməli olur.
Bu hadisədən sonra Arkanzas Su Parkı birdəfəlik bağlanılır…
Nəcəf Əsgərzadə












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]