Binədə daha bir qanunsuz tikinti iddiası - Böyük obyekt kimin tərəfindən inşa olunur?

21-11-2026, 00:00           
Binədə daha bir qanunsuz tikinti iddiası - Böyük obyekt kimin tərəfindən inşa olunur?
Azərbaycanda qanunvericilikdəki boşluqlardan istifadə edilərək illərdir davam edən qanunsuz tikintilər, xüsusilə Bakının bir sıra rayonlarında ciddi problemə çevrilib. Belə tikintilər bəzən böyük ərazilərin zəbt edilməsi, bəzən isə iri obyektlərin inşası ilə müşayiət olunur.

Bu baxımdan Xəzər rayonu, xüsusilə Binə qəsəbəsi diqqət çəkir. Qəsəbədə fərdi yaşayış evlərindən tutmuş iri kommersiya obyektlərinə qədər müxtəlif tikililərin inşası davam edir. Nəticədə ərazidə infrastruktur problemləri də getdikcə dərinləşir. Binənin bir çox hissəsinin yağışlı havalarda bataqlığa çevrilməsi vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir.

TEREF-in yazdığına görə, Bizimesr.info-ya daxil olan məlumata görə, Binə qəsəbəsinin tanınmış Əli İsazadə küçəsində daha bir böyük obyektin tikintisi aparılır. İddialara əsasən, obyektin Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun yaxınları tərəfindən inşa etdirildiyi qeyd olunur.

Məlumatda, həmçinin obyektin tikintisi üçün zəruri rəsmi icazə sənədlərinin olmadığı iddia edilir. Buna baxmayaraq, tikinti işlərinin sürətlə davam etdiyi bildirilir.
Məsələ ilə bağlı aidiyyəti qurumlara ünvanlanan müraciətlərin cavabsız qalması da narahatlıq doğurur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, eləcə də Xəzər Rayon İcra Hakimiyyətinin bu tikinti ilə bağlı hansı tədbirləri gördüyü məlum deyil.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun və aidiyyəti qurumların məsələyə münasibətini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]