Anar Cahangirov daşıma şirkətlərinə RACON KƏSİB... - İLGİNC İDDİALAR...
21-11-2026, 00:05

"Hava Nəqliyyatında Baş Gömrük İdarəsindəki qanun pozuntuları zaman-zaman hüquq-mühafizə orqanlarının da diqqətini cəlb edib. Elə bir neçə il əvvəl “Camex” daşıma şirkəti ilə bağlı qalmaqalı xatırlasanız yetər. Təbii ki, hüquq-mühafizə orqanları konkret məlumat üzrə hərəkət edib, həbslər həyata keçirmişdi. Amma daha geniş təhqiqat ortaya daha ciddi maliyyə pozuntuları, mənimsəmələr və digər anoloji cinayət xarakterli əməlləri üzə çıxara bilər". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi general-mayor Anar Cahangirov bu gün bütün daşıma şirkətlərini aylığa otuzdurub. Əgər dünənə qədər, yəni əvvəlki rəhbərliyin vaxtında onlardan standart olaraq 6 min manat aylıq pul alınırdısa, hazırda bəzilərindən hətta 10 min manata yaxın vəsait aylıq olaraq tələb olunur.
Təbii ki, bu "ÖDƏNİŞİN" xeyrini qarşı tərəf görür. Daşıma şirkətləri beynəlxalq poçt bağlamalarında göndərilən kommersiya təyinatlı yükləri Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməməklə və sənədlərdən aldatma yolu ilə istifadə edilməklə, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirirlər ki, AYLIQ ÖDƏNİŞLƏR də bu məqsədlə alınır. Yəni burada qazanan Anr Cahangirov və onun çevrəsi, itirənsə Azərbaycan dövlətidir. Söhbət çox ciddi pullardan gedir və bu istiqamətin ciddi hüquqi təftişə ehtiyacı var.
Digər bir tərəfdən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi paralel olaraq bəzi dövləıt qurumları ilə də əlbir maxinasiyalara baş vurular. Bu proses birbaşa olaraq generalın nəzarəti altında həyata keçirilir. Eyni zamanda ayrı-ayrı məmurlar da bu gün Anar Cahangirovun "XİDMƏTLƏRİNDƏN" gen bol istifadə etməkdədirlər..."
Bu barədə isə növbəti YAZIDA... Bizi izləməyə davam edin...

