PUTİNİN SƏRSƏM TEZİSLƏRİ VƏ TƏLƏBLƏRİ VİDEO

20-11-2026, 12:18           
PUTİNİN SƏRSƏM TEZİSLƏRİ VƏ TƏLƏBLƏRİ   VİDEO
Putin: Əgər avropalılar Ukraynanı dəstəkləmək istəyirlərsə, onu (Ukraynanı nəzərdə tutur, amma Ukrayna sözünü dilinə gətirmir -A. H.) Aİ-yə qəbul edə bilərlər, lakin hərbi əməkdaşlıq qəbuledilməzdir.
🔴 "Əgər avropalılar Ukraynanı dəstəkləmək istəyirlərsə, qoy bunu etsinlər.
🔴 Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzv qəbul edilməsinin nə dərəcədə mümkün olmasına gəlincə, bu, artıq Ukraynanın öz işidir. Lakin hər hansı potensial hərbi əməkdaşlıq məsələsi elə bir mövzudur ki, burada çox ehtiyatlı olmalıyıq.
🔴 Çünki biz daim eyni mövqedə qalmışıq: Ukrayna ərazisinə hər hansı qoşun yerləşdirilməsi bizim üçün qəbuledilməzdir.
🔴 Bəs avropalılardan nə eşidirik? 'Biz müharibənin bitməsini istəyirik, amma bitən kimi dərhal ora qoşun yerləşdirəcəyik'.
🔴 Bu nə deməkdir? Onlar əslində bizə demək istəyirlər ki, 'Ukraynada sülhün bərqərar olmasına imkan verməyəcəyik'?
🔴 Onlar məhz bunu deyirlər və biz də bununla hesablaşmalıyıq. Məhz buna görə də biz Aİ nümayəndələrini Moskvaya dəvət etdik ki, Ukrayna, Rusiya və Avropaya aid təhlükəsizlik məsələlərini müzakirə edək."
Arifa Huseynli
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]