Azərbaycanda “cərimə çılğınlığı” davam edir, bu günlərdə yeni, “pişik cəriməsi” də tədbiq edilib
20-11-2026, 00:03
Azərbaycanda “cərimə çılğınlığı” davam edir, bu günlərdə yeni, “pişik cəriməsi” də tədbiq edilib: “Kontakt Home”un baş direktoru Həsən İsrafilzadə 2 000 manat cərimə edilib – səbəb də odur ki, işçisini pişik dişləməsi ilə bağlı hadisəni Əmək Müfəttişliyinə bildirilməyib. Buna görə Həsən müəllimə cərimə yazılıb. Açığı, hüquqşünas olmadığıma görə hansı qanunun, hansı maddəsinə görə bu cərimənin təyin edilməsini bilmirəm, amma, bu məntiqlə işçinin iş yerində, məsələn, ağcaqanad tərəfindən dişlənməsinə, qanının sorulmasına görə də cərimə düşürmü?! Bunu da Əmək Müfəttişliyinə bildirmək lazımdırmı?! Və ya, kimsə işdə digərini, Dədə Qorqud dastanında Beyrək Banıçiçəyə dediyi kimi, "üç öpüb bir dişləsə", bunu da Müfəttişliyə demək lazımdırmı, cəriməsi varmı?! Natig Jafarli TEREF