"Azərbaycanla sülh olmadan vəzifəmdən getməyəcəm" - PAŞİNYAN

19-11-2026, 08:08           
"Azərbaycanla sülh olmadan vəzifəmdən getməyəcəm" - PAŞİNYAN
"Biz Azərbaycanla geri dönülməz sülhə doğru irəliləyirik. Başa düşürsünüzmü? Azərbaycanla. Türkiyə ilə, Türkiyə ilə və ətrafımızdakılarla".

EDnews xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında bildirib.

"Bəli, əgər insanlar bunda ittiham üçün əsas görürlərsə, qoy bizi ittiham etsinlər. Biz sülhün bərqərar olması üçün Azərbaycanla işləyirik. Gəlin referenduma gedək. Xalq səs verməsə, mən gedirəm. Təslim oluram. Təklif edirəm. İmtina edirsiniz? Azərbaycanla sülh müqaviləsi imzalanmadan vəzifəmdən getmək niyyətində deyiləm”, - deyə Paşinyan qeyd edib.

O, vətəndaşlar referendumda yeni Konstitusiyanın lehinə səs versələr, sülh yekunlaşandan sonra istefa verəcəyini də deyib:

“Referendum müsbət nəticələnəcəyi təqdirdə isə Azərbaycanla sülh prosesini yekunlaşdırdıqdan sonra istefa verəcəyəm. Məni hakimiyyətdən uzaqlaşdırmaq istəyirsiniz? Çox yaxşı, sizə təklif edirəm, uzaqlaşdırın. Sübut edin ki, bunu istəyirsiniz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]