Hava Nəqliyyatında Baş Gömrük İdarəsi: GÖZDƏN-KÖNÜLDƏN UZAQ... - AÇIQ QARƏT VƏ...
17-11-2026, 17:50

"Hava Nəqliyyatında Baş Gömrük İdarəsi bu gün Azərbaycan dövlətinə ən çox ziyan vurulduğu yerdir, desək, yanılmarıq. İdarənin rəisi, general-mayor Anar Cahangirov sanki DƏDƏ MALI imiş kimi davranaraq Azərbaycan xalqının və Azərbaycan dövlətinin iqtisadi maraqlarını açıq şəkildə təhdid etməkdədir..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
"Bu gün əgər general-mayor Anar Cahangirovun fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırılarsa, ortaya çox ciddi MƏNİMSƏMƏ, TALANÇILIQ faktları çıxar" deyə vurğulanan məqalədə daha sonra bildirilir:
"Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin işçiləri vətəndaşa qarşı açıq quldurluq edən tək DÖVLƏT İŞÇİLƏRİDİR. Onlar istədikləri şəxsi qarət etməkdə sərbəstdirlər və bunu DÖVLƏT ADINA edirlər. Doğru-dürüst maarifləndirmə aparılmadığından vətəndaşlar bu gün Hava Nəqliyyatındakı gömrükdən nələri keçirə biləcəklərini, nələrin qadağan olunduğunu tam olaraq bilmirlər. Əksəriyyət bu halda olduğundan gün ərzində vətəındaşlara aid və dəyəri milyon manata çatan mal-mülk müsadirə olunur... sonra da Anar Cahangirov başda olmaqla onun quldurları arasında bölüşdürülür.
Normal vətəndaş qaçaqmalçı kimi rəsmiləşdirildiyi halda, gerçək qaçaqmalçılar Anar Cahangirov və onun başının dəstəsi tərəfindən himayə olunur. Hətta insan sağlamlığına təhlükəli maddələr belə bu gün həmin himayədarlıq hesabına ölkəmizə yol tapır. Bununla bağlı dövlətimizin SRT MÜDAXİLƏSİ baş verərsə, o zaman daha ciddi faktlar üzə çıxa bilər.
Anar Cahangirov elə bir quruma rəhbərliik edir ki, onun işçilərinin hər birini asanlıqla həbsə yollamaq mümkündür. Gündəlik fəaliyyətlərini gözucu müşahidə yetər ki, onların qolları qandallansın..."
YAZININ DAVAMI VAR...

