ÖlÜM XƏBƏRİNİ PENSİYA KARTINDAN ÖYRƏNƏN BACIM!

17-11-2026, 00:13           
ÖlÜM XƏBƏRİNİ  PENSİYA KARTINDAN ÖYRƏNƏN BACIM!
Müasir dövrdə texnologiya o qədər inkişaf edib ki, artıq insanın dünyasını dəyişdiyini həkimlər və ya yaxınları yox, birbaşa pensiya fondu müəyyən edir.
2022ci il idi bacım növbəti dəfə əmək pensiyasını almaq üçün kartını yoxlayanda məlum olub ki, ödəniş dayandırılıb. Səbəbini araşdıranda isə əsl "sensasiya" ilə qarşılaşıb: sistemdə bacım rəsmi olaraq "vəfat etmiş" kimi qeydə alınmışdır.
Düşünün, insan sağ-salamat evində oturub çayını içir, amma dövlət qurumunun bazasında artıq "rəhmətə gedib". İndi gəl, aidiyyəti qurumlara sübut elə ki, vallah, nəfəs alıram, sağam, sadəcə pensiyamı istəyirəm!
Bacımın "dirildilməsi" ücün üz tutduq məhkəməyə , məhkəmənin qərarı əsasında bacım dirildi. Ancaq bacım bir müddətdən sonra dünyasını dəyişdi. Bacımı pensiya vermək ücün öldürənlər arzusuna catdı.
İndi ikinci hissə.
Bəylə gəlin zaksa gəlib babanı axtarırlar!
Deyirlər qız köçürmək çətindir, amma belə çətin olduğunu bilmirdik. Bacım qızı ZAKS-a müraciət edib, deyiblər ki, gərək ananın atasını (yəni babanı) tapıb gətirəsən, yoxsa toy yoxdur. İndi ailəlikcə düşmüşük arxivlərin canına, qızın toyundan əvvəl atamın kimliyini sübut eləməyə çalışırıq. 65 ildir atamizın kimliyi bilindi, birdən birə atam yoxa cıxdı.
Mənim bacımın atasını(yəni öz atamı) tapmaq ücün kimə müraciət edək.?
Atamızı hansı qurum sistemdə yoxa cıxarıb indi zəhmət cəksin geri versin.
Sima Babayeva
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]