Tahir Budaqov oğlunu evləndirdi: bəzi deputatları dəvət etmədi

16-11-2026, 17:43           
Tahir Budaqov oğlunu evləndirdi: bəzi deputatları dəvət etmədi
Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, eyni zamanda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqovun oğluna toy mərasimi keçirilib.

TEREF Gününsəsi.info-ya istinadən xəbər verir ki, paytaxtın məşhur “Buta Palace” sarayında təşkil olunan toy mərasimində bir sıra nazirlər, Milli Məclisin deputatları, eləcə də şəhər və rayon icra hakimiyyətlərinin başçıları iştirak ediblər.

Məclisin qonaq siyahısı ilə bağlı diqqətçəkən məqamlardan biri isə YAP-ın bəzi deputatlarının mərasimə dəvət edilməməsi olub.

Məlumata görə, dəvət almayan deputatların bir qismi həm Milli Məclisin üzvü, həm də uzun illər YAP-ın Mərkəzi Aparatında Tahir Budaqovla çiyin-çiyinə çalışmış şəxslərdir.

Bildirilib ki, Tahir Budaqov qonaq sayının çoxluğu səbəbindən bir sıra şəxsləri mərasimə dəvət edə bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]