Yensen Huanq-ın məhəbbət məcaraları Azərbaycana 160 mln. dollar ziyan vurub
13-11-2026, 12:58
Son günlər dünya gündəmində ən çox müzakirə olunan məsələlərdən biri “Nvidia” şirkətinin rəhbəri Yensen Huanq-un məhəbbət hekayələridir. Dünən Huanq istefa verdi, dünyanın ən bahalı şirkətlərindən biri olan “Nvidia” şirkəti 19-20%-ə yaxın dəyər itirdi. İndi deyəcəksiniz ki, bundan bizə nə - deyim də, cənab Huanq-ın gəzəyən olması Azərbaycana da, hardasa, 160 mln. dollar ziyan vurub. Azərbaycan Neft Fondunun texnoloji şirkətlərlə bağlı investisiya portfelində “Nvidia” birinci yerdədir – bu ilin ilk yarısında ARDNF-nin portfelində bu şirkətin 817 mln. dollar dəyərində səhmləri var idi. Səhmlər 18-20% ucuzlaşıbsa, deməli, ARDNF bu qalmaqala görə 150-160 mln. dollar ziyana düşüb. Ay Huanq, zalım oğlu zalım, əlimizin aşağı, hökumətin vergi-rüsum-cərimə artırdığı vaxt sənin eşqin gərək fontan vurardı?! İndi qorxuram ki, sənin sevgi məcaralarına görə dəyən ziyanı qapatmaq üçün yenə nəsə artıralar, sənin hesabını biz ödəməli olaq... Natig Jafarli TEREF