Niyə işçilərə bu qədər əziyyət verildi? Məqsəd? Pis idarəetmə,qeyri peşəkarlıq yoxsa.......????

12-11-2026, 08:27           
Niyə işçilərə bu qədər əziyyət verildi?  Məqsəd? Pis idarəetmə,qeyri peşəkarlıq yoxsa.......????
SOCAR Azneft İB Abşeronneft NQÇİ- dən neftçi yazdı:
Bu gün bizi 4-cü mədənin 38-ci blokuna göndərmək üçün səhər saat 8-də mədəndə olmağı tapşrdılar. Saat 11-ə( yoxlama,hazırlıq və s.) kimi gözlədik.Sonra Həkəri Çay ( gəmi deyəsən çay gəmisi idi) gəmisi ilə əvvəl 38-ci bloka yola düşdük.Gəmi bloka yaxınlaşa bilmədi. Sonra gəmi 23 -cü bloka yaxınlaşmağa cəhd etdi.Ora gedəsi neftçiləri də düşürə bilmədi. Yenidən 38-ci bloka yönələn gəmi yenə də bloka yaxınlaşmağa cürət etmədi.Hər dəfə bloklara yan alanda dalğa üstümüzə tökülürdü. Özümüz də,apardığımız ərzaq da tamamilə suyun içində idi..Bu minvalla demək olar ki,minimum 6-7 saat gəmi ilə fırlanıb yenidən 4-cü mədənə,sonra evə qayitmalı olduq. Apardığımız ərzağı tullanmalı olduq. Uzun müddət tam islanmış vəziyyətdə ğəzdiyimiz üçün,yəqin bu sağlamlığımız üçün bir fəsad törədəcək
Bilmək istərdik;
-Niyə işçilərə bu qədər əziyyət verildi?
-Sağlamlığımıza , pisixoloji vəziyyətimizə dəymiş ziyan kim(qurum) tərəfindən ödəniləcək?
Mirvari Gahramanli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]