Azərbaycanda 81 milyonluq sifariş alan şirkət hansı qurumların tenderlərini udur? – QURUMLAR, MƏBLƏĞLƏR, DETALLAR

11-11-2026, 15:08           
Azərbaycanda 81 milyonluq sifariş alan şirkət hansı qurumların tenderlərini udur? –
Tikinti və təmir sahəsində fəaliyyət göstərən “Koneks Construction” MMC (VÖEN: 3103278031) bir sıra dövlət qurumları tərəfindən seçilən şirkətlərdəndir.

"DİA-AZ" xəbər verir ki, şirkət dövlət satınalmalarında fəal şəkildə iştirak edir və irihəcmli tenderlərin qalibi olur.
Belə ki, şirkət bu ayın 6-da "Azərbaycan Dövlət Neft və Sənaye Universiteti" PHŞ-nin 2-ci korpusunun əsaslı təmir işlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi olub və 23 milyon 363 min 670 manatlıq müqavilə imzalanıb.

“Koneks Construction” MMC bundan əvvəl – ötən ilin sonunda "Bakı Dövlət Universiteti" PHŞ-nin Bakı Dövlət Universitetinin Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən 10 mərtəbəli, zirzəmili, 1 nömrəli tədris binasının əsaslı təmiri işlərinin satın alınması ilə bağlı universitetlə 23 milyon 489 min 888 manatlıq müqavilə imzalamışdı.

Bundan başqa, 2025-ci ilin avqustunda şirkətlə "Azərbaycan Dövlət İqtisad Universiteti" PHŞ arasında əsaslı təmir işlərinin satın alınması ilə bağlı 9 milyon 735 min 845 manatlıq müqavilələr imzalanıb.

Ümumi olaraq, “Koneks Construction” MMC 2026-cı ildə 23 milyon 598 min 719 manat, 2025-ci ildə 44 milyon 91 min 109 manat, 2024-cü ildə 13 milyon 634 min 314 manat olmaqla, ümumilikdə 81 milyon 324 min 142 manatlıq müqavilələr imzalayıb.

Şirkətin qalibi olduğu tenderlər daha ətraflı:

S/N

Satınalan təşkilatın adı

Satınalma predmeti

Təklifin qiyməti

Yekunlaşma tarixi

1

"Azərbaycan Dövlət Neft və Sənaye Universiteti" PHŞ

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusunun əsaslı təmir işlərinin satın alınması

23 363 670 AZN

06.11.2026

2

Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi

müxtəlif növ malların satınalınması

235 049 AZN

25.08.2026

CƏMİ 2026 - 23 598 719 AZN

3

"Bakı Dövlət Universiteti" PHŞ

Bakı Dövlət Universitetinin Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən 10 mərtəbəli, zirzəmili, 1 nömrəli tədris binasının əsaslı təmiri işlərinin satın alınması

23 489 888 AZN

30.12.2025

4

M.F.Axundov adına Milli Kitabxana

Təmir işlərin satınalması

339 147 AZN

29.12.2025

5

Tərtər RİH Başçısının Tərtər Şəhəri üzrə Nümayəndəsi

Tərtər şəhəri,bayraq meydanı və Bərdə-Ağdam maqistral yolunda abadlıq işləri( yaşıllaşdırma işləri) satınalması

131 392 AZN

26.12.2025

6

Tərtər RİH Başçısının Tərtər Şəhəri üzrə Nümayəndəsi

Təmir işlərinin satınalması

1 251 378 AZN

26.12.2025

7

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

Respublika üzrə bir sıra təhsil müəssisələrində təmiri işləri.

4 321 149 AZN

02.12.2025

8

M.F.Axundov adına Milli Kitabxana

Avadanlıqların satınalınması

473 118 AZN

20.10.2025

9

Tərtər RİH

2025-ci ildə yollarda aparılacaq təmir işlərinin satın alınması

455 359 AZN

13.10.2025

10

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

Məktəbəqədər təhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satınalınması

3 285 567 AZN

24.09.2025

11

"Azərbaycan Dövlət İqtisad Universiteti" PHŞ

Əsaslı təmir işlərinin satın alınması

9 735 845 AZN

01.08.2025

12

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi

Azərbaycan Respublikasının Dövlət arxiv xidməti təşkilatlarında tələb olunan müxtəlif növ malların satın alınması

489 681 AZN

14.07.2025

13

"Bakı Dövlət Universiteti" PHŞ

Bakı Dövlət Universitetinin 1 saylı "Yataqxana-Tələbə evi"ndə aparılacaq cari təmir işlərinin satın alınması

118 585 AZN

10.02.2025

CƏMİ 2025 - 44 091 109 AZN

14

M.F.Axundov adına Milli Kitabxana

M.F.Axundov adına Milli Kitabxana tərəfindən 2024-cü il üzrə layihə-smeta sənədlərinin iqtisadi göstəriciləri əsasında aparılacaq müxtəlif təyinatlı işlərin satın alınması

531 413 AZN

28.12.2024

15

Xətai RİH Başçısı Mənzil Kommunal Təsərrüfatı Birliyi

Layihə-smeta sənədlərinin texniki-iqtisadi göstəriciləri əsasında aparılacaq bir sıra işlərin satın alınması

522 359 AZN

26.12.2024

16

Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi

Abadlıq işlərin satınalınması

222 562 AZN

19.12.2024

17

Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi

Yollarda aparılacaq təmir işlərinin satın alınması

595 281 AZN

18.12.2024

18

"1 Nömrəli Bakı Baza Tibb Kolleci" PHŞ

Müxtəlif təyinatı işlərin davamı ( 2-ci hissə) satın alınması

61 274 AZN

23.11.2024

19

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

Respublikanın bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satınalınması

369 123 AZN

07.11.2024

20

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi

“Təmir və abadlıq işlərinin” satın alınması

258 064 AZN

30.10.2024

21

Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi

Yollarda aparılacaq təmir işlərinin satın alınması

495 769 AZN

17.10.2024

22

Tərtər RİH

Tərtər şəhəri, Elman Səfərov küçəsində yerləşən Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş iki və altımərtəbəli, 1, 2 və 3 (54 mənzil) nömrəli yaşayış binalarının qarşısında abadlıq işləri

69 374 AZN

08.10.2024

23

Yasamal RİH Başçısının Aparatının Mənzil Kommunal Təsərrüfatı Birliyi

Yollarda aparılacaq təmir işlərinin satın alınması

595 380 AZN

07.10.2024

24

Pirallahı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi

Təmir işlərin satınalınması

96 942 AZN

07.10.2024

25

"1 Nömrəli Bakı Baza Tibb Kolleci" PHŞ

Müxtəlif təyinatlı işlərin satın alınması

299 798 AZN

04.10.2024

26

Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi

Yollarda aparılacaq təmir işlərinin satın alınması

445 774 AZN

03.10.2024

27

Tərtər RİH Başçısının Tərtər Şəhəri üzrə Nümayəndəsi

Abadlıq işlərinin (2-ci hissə) satın alınması

271 750 AZN

02.10.2024

28

Tərtər RİH Başçısının Tərtər Şəhəri üzrə Nümayəndəsi

Abadlıq işlərinin satın alınması

987 086 AZN

30.09.2024

29

Tərtər RİH

Yollarda aparılacaq təmir işlərinin satın alınması

430 108 AZN

24.09.2024

30

Tərtər RİH Başçısının Tərtər Şəhəri üzrə Nümayəndəsi

Tərtər şəhəri ərazisindəki bir sıra yaşayış binalarda aparılacaq təmir işləri

205 905 AZN

17.09.2024

31

Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi

Yollarda aparılacaq təmir işlərinin satın alınması

346 956 AZN

17.09.2024

32

Füzuli RİH

Yollarda aparılacaq təmir işlərinin satın alınması

406 974 AZN

16.09.2024

33

Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi

Məhəllədaxili yollarda aparılacaq təmir işlərin satınalınması

346 821 AZN

16.09.2024

34

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

Məktəbəqədər təhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satınalınması

3 285 565 AZN

10.09.2024

35

Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon MKTB

Yollarda aparılacaq təmir işlərinin satın alınması

596 189 AZN

30.08.2024

36

Xətai RİH Başçısı Mənzil Kommunal Təsərrüfatı Birliyi

Məhəllədaxili yollarda aparılacaq təmir işlərinin satın alınması

595 590 AZN

29.08.2024

37

Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi

Məhəllədaxili yollarda aparılacaq təmir işlərinin satınalınması

446 281 AZN

26.08.2024

38

Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi

Parklarda görüləcək abadlıq işlərinin satınalınması

274 662 AZN

26.08.2024

39

"ƏSASLI TİKİNTİ VƏ TƏCHİZAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev Mərkəzinin cari təmiri işlərinin satın alınması

177 086 AZN

02.08.2024

40

"Əsalı Tikinti və Təchizat" MMC

Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin əsaslı təmiri işlərinin satın alınması

213 454 AZN

02.08.2024

41

İpoteka və Kredit Zəmanət Fondu

Yaşayış sahələrində təmir-bərpa işləri

486 774 AZN

05.07.2024

CƏMİ 2024 - 13 634 314 AZN

YEKUN - 81 324 142 AZN





















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]