Gədəbəydə ikinci Ramiz Yediyarov dövrü başlaya bilər İDDİA
11-11-2026, 09:43

Gədəbəy rayonundan qəribə məlumatlar almışıq . Bildiyiniz kimi bu yaxınlarda rayona yeni icra başçısı təyin edilib. 28 sentyabr 2026 cı ildə başçı təyin edilən Hacıbaba Babayev 29 oktyabr 2026-cı ildə ilk kadr dəyişikliyini həyata keçirib. Özünün birinci müavini Natiq Nağıyevi öz ərizəsinə əsasən vəzifəsindən azad edib.
TEREF Legenda səhifəsiinə istinadən yazır ki, N.Nağıyev ərizəsində səhətinə görə işdən getmək istədiyini bildirib. Bura qədər hər şey normal həm də formal. Amma məsələ N.Nağıyevin səhhət məsələsi deyilmiş . Bir ilə yaxın müddətdə birinci müavin kimi, həm də başçını əvəz edən bir şəxsin səhəti bir ayda necə pozula bilər? Məsələ ondadır ki, Natiq müəllim başçını əvəz etdiyi dövrdə bir sıra ciddi maliyyə pozuntularına yol verib. Bu pozuntulardan biri də prezident adminstrasiyasının razılığı olmadan özünə başçının maaşının verilməsinə göstəriş verib. Bu barədə məlumat alan digər müavin, çoxdan gözlədiyi fürsəti əldən verməyərək bu məlumatı Natiq müəllimdən köhnə narazılğı olan keçmiş təhsil müdiri Baxış Nağıyevə çatdırır. Baxış Nağıyev də həmin məlumatlara öz şikayətini əlavə edib adminstrasiyaya göndərir və beləcə Natiq müəllimin ərizəsi alınır. Hazırda özünü birinci müavinliyə yeganə namizəd sayan həmin müavini və onun o Ramiz Yediyarov dövründə şöbə müdiri işləyən əmisini rayon camaatı çox gözəl tanıyır. Yediyarov dövründə çoxsaylı qanunsuz əməllər törədib külli miqdarda pul qazanan bu əmi qardaşoğlu cütlüyü yenidən rayonda at oynatmağa hazırlaşır. Amma nə dövran o dövrandı, nə başçı o başçı.
Legenda
TEREF olaraq qaldırılan iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!

