Həkimlərin maliyyə problemlərinin arxasında Səhiyyə Nazirliyi dayanır...

Dünən, 10:28           
Həkimlərin maliyyə problemlərinin arxasında Səhiyyə Nazirliyi dayanır...
Topçubaşov adına Cərrahiyyə Mərkəzinin həkimi İcbari Tibbi Sığortanı məhkəməyə verir, iddia edir ki, O 3 saatlıq cərrahi əməliyyata görə cəmi 80 manat maaş alır.İstərdik ki, O buna görə 800 manat alsın Ancaq Xəyal həkim gərək əvvəlcə desin, O işlədiyi Cərrahiyyə Mərkəzində bir aya Vahid Tarif Cədvəlinə görə nə qədər maaş alır,yəni 150 saata görə.Onu ki, Səhiyyə nazirliyi verir
Belə də sual yaranır Xəyal həkim gərək əvvəlcə Səhiyyə nazirliyini məhkəməyə versin.Biz də onu alqışlayaq ki, O haqlıdır, mübarizənin istiqaməti də düzdür.
Yoxsa,bizlər nə qədər desək də, İcbari Tibbi Sığorta onu artırmayacaq, onun bəlli bir məbləği var.
Xəyal həkim bu günlərdə dövlət büdcəsinin səhiyyə xərcləri və İTS fondu müzakirə olunandaonun artırılması üçün
belə fəallıq nümayiş etdirsəydi, onunla həmrəy olardıq, görürsünüz Xəyal həkim təkcə cərrahlar və özü üçün yox,butün səhiyyə və xəstələr üçün "vuruşur"
Hər cür müqayisə qüsurlu olsa da düşünürəm ki, onun da bəzi mütəxəssis həkimlər üçün faydası var
Təcili Tibbi Yardım həkimləri bir ayda cəmi 200 manatdan bir qədər çox İcbari Tibbi Sığortadan bonus alırlar,nə tibb bacıları,nə də sürücülər bu fəaliyyətə görə bir manat da pul almırlar.
TTY briqadaları və həkimləri heç də Xəyal həkimdən az iş görmürlər, işin yükü və həcmi də kifayət qədər çoxdur, üstəlik normadan 2 dəfə aşağı TTY briqadaları işləyir.Onlar yağışda,qarda, qaranlıqda Pirallahıdan,Zirədən,Ələtdən infarktlı, insultlu, avtoqəza və digər bədbəxt hadisələrdən travmalar almış ağır xəstələri,suda batanları və s qospitalizasiya edirlər,bu zaman 3 saat yox, bəzən 6-7 saat vaxt sərf olunur .
Eyni zamanda TTY həkimləri həm də bəzən qaranlıq bloklarda xəstələri xərəyin bir qolundan yapışaraq yüksək mərtəbəli binalardan düşürməli olur,bu vaxtda xeyli fiziki əmək sərf edilir.
Son 25 ildə bəlkə də məni qədər tibb işçilərinin əməkhaqqı artımı üçün məqalə və status yazan olmayıb, ancaq heç zaman müxtəlif mütəxəssis həkimlər üçün fərq qoymamışam.
Mən də deyirəm Xəyal həkim haqlıdır, həkimlərin əməkhaqqı çox olmalıdır, ancaq mübarizə fəallığı daha düzgün seçilsəydi düşünürəm ki, effektiv təsir edərdi .
Faiq Memmedli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]