Rusiya Qarabağdakı vəziyyəti niyə Ermənistan müdafiə naziri ilə müzakirə edir? - AÇIQLAMA

9-07-2021, 15:33           
Rusiya Qarabağdakı vəziyyəti niyə Ermənistan müdafiə naziri ilə müzakirə edir? - AÇIQLAMA
"Gerasimovla Arutyunyan arasında olan telefon danışığında onların Azərbaycan ərazisindəki rus sülhməramlılarının fəaliyyətini müzakirə etmələri həyasızlıqdır. Hərbi danışıqlar adətən mətbuata ötürülmür. Amma danışıqların mahiyyəti ilə bağlı informasiyanın mətbuata ötürülməsi bunun qəsd olduğu anlamına gəlir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Rusiya silahlı qüvvələrinin Baş Qərargah rəisin Valeri Gerasimovla Ermənistan müdafiə naziri Vaqaraşaq Arutyunyanın Qarabağda yerləşdirilən rus sülhməramlılarının fəaliyyəti barədə fikir mübadiləsi aparmalarına münasibət bildirərkən, politoloq Cümşüd Nuriyev deyib.

Ekspert bildirib ki, bu məlumat həm də Azərbaycana qarşı yönələn "qara piar”dır və qarışıqlıq yaratmağa hesablanıb:

"Bu kimi davranışların arxasında Moskvanın Qafqaz maraqları dayanır. Görünən odur ki, Kreml yenə də ermənilərin xəyanətkar siyasətindən yararlanmağa çalışır. Azərbaycan ərazisindəki rus sülhməramlılarının fəaliyyətini ona zərrə qədər də aydiyyatı olmayan Ermənistan vətəndaşı ilə müzakirə etmək Moskva tərəfindən İrəvana rusların mühafizə etdiyi Qarabağdan bərk-bərk yapışmaq tapşırığının verilməsidir. Putun başda olmaqla Rusiyanın bütün yetkililəri hələ də Qarabağın statusundan danışmaqda davam edirlər. Baxmayaraq ki, Azərbaycan status məsələsinə son qoyub. Belədə onların məqsədi yenidən Azərbaycan daxilində qarışıqlıq yaratmaqdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]