Yerə yaxınlaşan kosmik təhlükə... - NASA plan hazırlayıb

23-06-2018, 18:02           

NASA Yer üçün təhlükə yaradan biləcək göy cisimlərinə qarşı hazırladığı planı açıqlayıb.

Teleqraf.com xəbər verir ki, NASA bununla bağlı 20 səhifəlik hesabat hazırlayıb.

Hesabatda qarşıdakı 10 il ərzində baş verə biləcək təbii fəlakət zamanı hansı tədbirlərin görüləcəyi, göy cisimlərinin aşkar edilməsi , nəzarət götürülməsi və vurulması ilə bağlı məlumatlar yer alıb.

Planda Yerlə toqquşma potensialı olan göy cisimlərini yox edəcək və ya marşrutunu dəyişdirəcək texnologiyaların inkişaf etdirilməsi, həm də bu məsələ ilə bağlı beynəlxalq əməkdaşlığın artırılmasının zəruriliyi vurğulanıb.

NASA-nın müdafiə departamentinin nümayəndəsi Lindley Consonun sözlərinə görə, ABŞ-ın göy cisimlərini Yerlə toqquşmasını əngəlləməyə qarşı elmi və texniki imkanlara malikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]