Şərqi Avropa boşalır: Miqrasiya böhranı

23-06-2018, 17:51           
Şərqi Avropa boşalır: Miqrasiya böhranı
Mərkəzi və Şərqi Avropadan olan miqrasiya nəticəsində bu bölgədə əhalinin sayı əhəmiyyətli dərəcədə azalıb.

Axar.az xəbər verir ki, bu nəticə Vyana Demoqrafiya Mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb.

“Qərbi Avropada buna zidd tendensiyalar müşahidə edilir. 1990-2017-ci illər arasındakı immiqrasiya nəticəsində Qərbi Avropada əhali artıb”, – deyə mərkəz bildirib.

Şərqi Avropada ən çox azalma Bolqarıstan, Latviya, Litva, Moldova, Bosniya və Hersoqovina, Kosovada müşahidə edilir. Burada əhali sayı 19%-dən çox azalıb.

Regionda yalnız Çexiya, Slovakiya və Sloveniyadı azalma olmayıb. Əksinə, 2-3% miqdarında artım qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]