ABŞ Cənubi Koreya ilə bəzi hərbi təlimləri dayandırıb

23-06-2018, 09:38           
ABŞ Cənubi Koreya ilə bəzi hərbi təlimləri dayandırıb
ABŞ Cənubi Koreya ilə yaxın üç ay ərzində planlaşdırılan bəzi hərbi təlimləri qeyri-müəyyən vaxta dayandırıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilir.

"Müdafiə naziri Mettis Sinqapurda ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirilməsi və onların müttəfiqimiz olan Koreya Respublikası ilə əlaqələndirilməsi məqsədi ilə bəzi təlimləri qeyri-müəyyən müddətə dayandırıb", - deyə Pentaqonun mətbuat katibi Dana Uaytın bəyanatında bildirilir.

Söhbət "Azadlıq müdafiəçiləri" təlimləri və yaxın üç ayda həyata keçirilməsi planlaşdırılan hərbi-dəniz mübadiləsi proqramından gedir.

Uaytın sözlərinə görə, Pentaqon bu addımı ABŞ-ın dövlət katibi Mayk Pompeonun rəhbərliyi altında qarşıda duran diplomatik danışıqları dəstəkləmək üçün atıb.

Bununla belə, o, gələcək qərarların KXDR-in dialoqu nə dərəcədə vicdanla aparacağından asılı olacağını söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]