Putin və Si Cinpin arasında danışıqlar iki saatdan çox davam edib

18-11-2026, 12:27           
Putin və Si Cinpin arasında danışıqlar iki saatdan çox davam edib
Rusiya prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında danışıqlar iki saatdan çox davam edib.

TASS xəbər verir ki, liderlərin görüşü Çindəki “Çilin Şançjuan” dövlət iqamətgahının “Çilinyuan” villasinda keçirilib. Yerli vaxtla günorta saatlarında başlayan görüşün ilk mərhələsi geniş tərkibdə baş tutub. Nümayəndə heyətlərinin də iştirak etdiyi danışıqlarda iqtisadi əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Daha sonra görüş məhdud tərkibdə işgüzar səhər yeməyi formatında davam edib. Rusiya prezidenti ilə birlikdə müzakirələrdə xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov da iştirak ediblər.

Rusiya və Çin liderlərinin görüşü ümumilikdə iki saatdan çox davam edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]