“Apple” çökdü - Qlobal problem

18-11-2026, 09:43           
“Apple” çökdü - Qlobal problem
“Apple” şirkətinin bir sıra rəqəmsal xidmətlərində texniki nasazlıq qeydə alınıb.

Şirkətin rəsmi sistem statusu səhifəsində noyabrın 17-də “iCloud Account & Sign In”, “App Store”, “Apple Music” və “AppleCare on Device” xidmətlərində problemlər olduğu göstərilib.

“Apple”ın məlumatına görə, nasazlıq səbəbindən bəzi xidmətlər ləng işləyə və ya müvəqqəti əlçatmaz ola bilər. Şirkət xüsusilə “iCloud” hesabına daxilolma ilə bağlı problemin bütün istifadəçilərə təsir etdiyini bildirib.

İstifadəçilər isə hesablarından çıxarıldıqlarını, yenidən daxil olmaqda, tətbiqləri yükləməkdə və musiqi xidmətindən istifadə etməkdə çətinlik çəkdiklərini bildiriblər. Bundan əlavə, “Apple Pay” və yeni cihazların aktivləşdirilməsi ilə bağlı da problemlər barədə şikayətlər yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]