Britaniya nəşri İranı hazırda kimin idarə etdiyini açıqladı

17-11-2026, 12:44           
Britaniya nəşri İranı hazırda kimin idarə etdiyini açıqladı
Ayətullah Əli Xameneinin ölümündən sonra İranın Müctəba Xamenei tərəfindən idarə olunması formal xarakter daşıyır.

TEREF Teleqraf-a istinadla xəbər verir ki, bu iddia ilə Britaniyanın “The Economist” jurnalı çıxış edib.

Nəşr bildirir ki, qərarların qəbulu artıq təhlükəsizlik qüvvələri ilə hökumət arasında koordinasiyanı təmin edən Ali Milli Təhlükəsizlik Şurasının (AMTŞ) əlində cəmləşib.

Şuraya İran prezidenti Məsud Pezeşkian, SEPAH-ın baş komandanı Əhməd Vahidi, şura katibi Möhsün Rzayi , parlament spikeri Məhəmməd Bağır Qalibaf, İslam Respublikası silahlı qüvvələrinin qərargah rəisi Əli Əbdüllahi və ölkənin xarici işlər naziri Abbas Əraqçi daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]