Litva da Estoniyanın yolunu gedəcək? – Rusiyaya qarşı yeni addım

16-11-2026, 11:44           
Litva da Estoniyanın yolunu gedəcək? –
Litva prezidenti Gitanas Nauseda Estoniyanın Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamaq qərarını dəstəkləyib və bunu adekvat addım adlandırıb. Vilnüsün də Tallinin nümunəsini təkrarlayıb-təkrarlamayacağı ilə bağlı suala cavabında prezident Litvanın tranzit ölkəsi olduğunu xatırladıb.

Globalinfo.az bildirir ki, Nausedanın sözlərindən “Delfi” nəşri sitat gətirib.

Litva prezidenti qeyd edib ki, regionda sabitliyi pozmağa yönələn cəhdlər davam edərsə, buna mütləq cavab verilməlidir.

“Rusiya konkret reaksiyalar gördükdə vəziyyəti anlayır. Moskva reaksiyanın olmamasını zəiflik əlaməti hesab edir. Buna görə də oxşar addımlar təkrarlanarsa, onların qarşısını almaq üçün müvafiq tədbirləri nəzərdən keçirəcəyik”, – deyə Nauseda vurğulayıb.

Qeyd edək ki, Estoniya hakimiyyəti dekabrın 1-dən Rusiya ilə bütün sərhəd-keçid məntəqələrinin bağlanması barədə qərar qəbul edib. Bu addım Ukrayna üçün də pilotsuz uçuş aparatları istehsal edən “Threod Systems” şirkətinin binasına od vurmaq cəhdindən sonra atılıb.

Estoniya əks-kəşfiyyatı hücum cəhdinin Rusiya hərbçiləri tərəfindən koordinasiya olunduğunu iddia edir. Kreml isə Rusiyanın hadisəyə aidiyyatı olmadığını vurğulayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]