Praqada 450 min insan aksiya keçirib

15-11-2026, 10:18           
Praqada 450 min insan aksiya keçirib
Praqada 350 - 450 min insan hökumətin dövlət mediasının maliyyələşdirilməsi ilə bağlı islahat planına qarşı etiraz edib.

"Report"un xəbərinə görə, bu barədə AFP mitinqin təşkilatçısı, "Demokratiya üçün milyon anlar" assosiasiyasının rəhbəri Mikulaş Minara istinadən məlumat yayıb.

Təşəbbüs Çexiya radio və televiziyasının tam olaraq dövlət tərəfindən maliyyələşdirilməsini, televiziya və radio üçün abunə haqlarının ləğv edilməsini nəzərdə tutur. Bundan əlavə, dövlətin media büdcəsinin 15 % azaldılması planlaşdırılır.

Mitinq iştirakçıları bu addımın mətbuat azadlığına təhlükə yaratdığını, onları dövlətdən daha çox asılı hala gətirəcəyini iddia ediblər. Mitinqin təşkilatçısı Mikulaş Minar etirazların son 37 ildə ən böyük olduğunu bildirib.

Tədbirlər Praqanın Letna rayonunda keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]