Mossad rəhbəri ABŞ-dan qayıtdı: İsrail İrana zərbə hazırlayır?

16-11-2026, 09:18           
Mossad rəhbəri ABŞ-dan qayıtdı: İsrail İrana zərbə hazırlayır?
İsrailin xarici kəşfiyyat xidməti Mossadın rəhbəri Roman Qofman ABŞ-a səfərini başa vuraraq ölkəsinə qayıdıb. Səfər zamanı İranla bağlı mümkün hərbi əməliyyatların bərpası məsələsinin müzakirə olunduğu bildirilir.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Qofman ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri ilə görüşüb. O, danışıqlar zamanı İran ətrafındakı vəziyyətlə bağlı İsrail kəşfiyyatının son məlumatlarını təqdim edib.

Qofmanın İsrailə qayıtdıqdan sonra təhlükəsizlik kabinetinin iclasında nazirlərə hesabat verəcəyi, daha sonra isə Baş nazir Benyamin Netanyahu ilə ayrıca görüş keçirəcəyi gözlənilir.

Məlumata görə, son həftələrdə Netanyahu təhlükəsizlik rəsmiləri ilə İrana qarşı müxtəlif əməliyyatların keçirilməsi ehtimalını müzakirə edib. Bu addımların Tehranın sərt reaksiyasına səbəb ola biləcəyi bildirilir.

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamirin isə ölkədə seçkilər ərəfəsində yaranmış gərginliyi nəzərə alaraq belə əməliyyatlara qarşı çıxdığı iddia olunur.

Qofman Vaşinqtonda olduğu müddətdə ABŞ rəsmiləri ilə İranla müharibənin bərpası imkanlarını da müzakirə edib. Üç mənbənin bildirdiyinə görə, onun səfəri Netanyahu tərəfindən təşkil olunub. İsrail baş nazirinin ABŞ prezidenti Donald Trampı İran rejiminə qarşı hərbi əməliyyatları yenidən başlatmağa razı salmağa çalışdığı qeyd edilir.

Hələlik mümkün əməliyyatlarla bağlı rəsmi qərar açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]