Almaniyada 2028-ci ildən ciddi büdcə böhranı yaşana bilər

15-11-2026, 12:14           
Almaniyada 2028-ci ildən ciddi büdcə böhranı yaşana bilər
Almaniyanın aparıcı iqtisadçıları ölkədə 2028-ci ildən etibarən genişmiqyaslı büdcə böhranının baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.

Bu barədə “Die Welt” nəşri məlumat yayıb.

Proqnoza əsasən, dövlət xərclərinin rekord həddə çatması və borc yükünün artması Almaniyanın maliyyə vəziyyətini çətinləşdirə bilər.

Narahatlığa səbəb Bundestaqın Büdcə Komitəsi tərəfindən qəbul edilən 2027-ci il federal büdcə layihəsidir. Sənədə əsasən, gələn il dövlət xərclərinin 561 milyard avro, yeni borclanmanın isə 210 milyard avro olması nəzərdə tutulur.

İqtisadçılar hesab edirlər ki, mövcud maliyyə siyasəti uzun müddət davam etdirilə bilməz və ölkə ciddi büdcə problemləri ilə üzləşə bilər.

Bundan əvvəl Almaniya İqtisadiyyatı İnstitutunun ekspertləri son illərdə davam edən böhranlar səbəbindən ölkə iqtisadiyyatının itkilərinin 1 trilyon avroya yaxınlaşdığını açıqlamışdılar.

Məlumata görə, Almaniyanın dövlət borcu 2025-ci ilin üçüncü rübündə 2,79 trilyon avroya çatıb. 2021-ci ilin birinci rübündə bu göstərici 2,38 trilyon avro təşkil edirdi. Beləliklə, həmin dövrdə dövlət borcu 17,3 faiz artaraq müşahidələr tarixində ən yüksək səviyyəyə yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]