Kraliça hərbi xidmətə başladı – Yeni rütbəsi açıqlandı
14-11-2026, 10:44
Niderland kralı Villem-Aleksandrın həyat yoldaşı, kraliça Maksima hərbi hazırlıq proqramını başa vuraraq quru qoşunlarının ehtiyatda olan zabiti statusunu qazanıb və polkovnik-leytenant rütbəsinə yüksəlib.
TEREF xəbər verir ki, bu barədə Niderland Kral Sarayının yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, kraliça Maksima digər 23 zabitlə birlikdə quru qoşunlarının komandanı, general-leytenant Yan Svillensə hərbi and içib.
Hərbi hazırlıq proqramını uğurla başa vurduqdan və and içdikdən sonra ona polkovnik-leytenant rütbəsi verilib./Globalinfo.az