Nazirlər evlərindən qaçır, hərbi bazalara sığınır – Vaşinqtonda nə baş verir?

13-11-2026, 16:26           
Nazirlər evlərindən qaçır, hərbi bazalara sığınır –
ABŞ və İran arasında artan gərginlik Vaşinqtonda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub. Tramp administrasiyasının bir sıra yüksək vəzifəli şəxslərinin mümkün təhdidlərdən qorunmaq üçün hərbi bazalarda və xüsusi mühafizə olunan yaşayış yerlərində məskunlaşdığı bildirilir.

Referans Media xəbər verir ki, Amerikanın “Fox News” telekanalının məlumatına görə, ABŞ-ın ədliyyə naziri Todd Blanşın aylardır Vaşinqton yaxınlığındakı hərbi obyektdə yaşadığı məlum olub. Məlumatı üç mənbə təsdiqləsə də, onun bu qərarı hansı səbəbdən verdiyi açıqlanmayıb.

İranla bağlı təhdidlərdən sonra ABŞ-ın maliyyə naziri Skott Bessent də Vaşinqtondakı evini tərk edərək hərbi bazaya köçüb. Bildirilir ki, onun yaşadığı evin ünvanının mediada yayımlanan foto vasitəsilə müəyyən edilə bilməsi təhlükəsizlik narahatlığını daha da artırıb.

ABŞ-ın dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetin də Vaşinqtondakı Fort MakNeyr hərbi obyektində qaldıqları bildirilir. Ağ Evin aparat rəhbəri Stiven Miller isə təhlükəsizlik tədbirləri gücləndirilmiş başqa bir yaşayış yerinə köçüb.

ABŞ Maliyyə Nazirliyi isə İran mənşəli təhdidlərin Bessentin vəzifəsindən və Tehrana qarşı iqtisadi təzyiq siyasətindən geri çəkilməsinə səbəb olmayacağını bəyan edib.

Qeyd olunur ki, administrasiyanın bütün üzvlərinin köçürülməsi eyni təhlükə ilə əlaqəli deyil. Bəzi şəxslərin ölkədaxili təhlükəsizlik risklərinə görə qorunduğu, Todd Blanşın hərbi obyektə köçməsinin isə birbaşa İran təhdidi ilə bağlı olduğunun təsdiqlənmədiyi vurğulanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]