Çin dənizdə çatmağın mümkün olmadığı yataqlara çıxış əldə edib

13-11-2026, 17:14           
Çin dənizdə çatmağın mümkün olmadığı yataqlara çıxış əldə edib
Çinli neftçilər dənizdə vulkanik süxur qatlarını keçərək yaxın vaxtlaradək çatılması, demək olar ki, mümkün olmayan yataqlara çıxış əldə ediblər.

"Reuters" agentliyi xəbər verir ki, bu barədə Çin Milli Dəniz Neft Korporasiyası (CNOOC) məlumat yayıb.

Quyu Çinin şimal-şərq sahillərindəki Bohay körfəzində 5 000 metrdən çox dərinliyə qədər qazılıb. Bu daxili dənizdə ölkənin ən böyük neft yataqlarından bir neçəsi yerləşir.

Məlumata görə, quyu körfəzin mərkəzi hissəsində, karbohidrogen ehtiyatları ilə zəngin olan və regionun ən böyük çökəkliyi sayılan Boçjun çökəkliyinin yaxınlığında yerləşir. Qazma zamanı qalınlığı 120 metrdən çox olan qazlı lay aşkarlanıb. Quyunun son dərinliyi 5 770 metrə çatıb.

Sınaqlar zamanı quyudan sutkada təxminən 800 000 kubmetr təbii qaz və az miqdarda neft hasil edilib. CNOOC hesab edir ki, bu kəşf dəniz dibinin altında böyük dərinlikdə yerləşən vulkanik süxurlarda təbii qaz axtarışı üçün yeni imkanlar yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]