ABŞ-dən İsrailə İranla bağlı xəbərdarlıq

13-11-2026, 12:45           
ABŞ-dən İsrailə İranla bağlı xəbərdarlıq
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İsrail Müdafiə Ordusuna (SAXAL) İrana qarşı hərbi əməliyyatların yenidən başlaya biləcəyi barədə məlumat verib və bu ehtimala hazır olmağın vacibliyini bildirib.

Bu barədə İsrailin dövlət teleradio şirkəti "Kan" ABŞ-dəki mənbəyə istinadən məlumat yayıb.

"ABŞ-dəki mənbənin sözlərinə görə, İsrailə və Fars körfəzi ölkələrinə İranla müharibənin yaxın vaxtlarda yenidən başlaya biləcəyi barədə siqnallar göndərilir. Onlara bu ehtimala hazır olmağın vacibliyi bildirilir", - deyə "Kan"ın məlumatında qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]