Zelenski Kiyevdə yerüstü ictimai nəqliyyatda pulsuz gediş proqramının hazırlanmasını tapşırıb
9-11-2026, 15:34
Ukrayna Prezidenti Vladimir Zelenski metroda fasilələr və Dnepr çayı üzərindəki körpülərdə problemlər yaranacağı təqdirdə Kiyevdə yerüstü ictimai nəqliyyatın pulsuz fəaliyyət göstərməsi ilə bağlı proqram hazırlanmasını tapşırıb. Bizimyol.info xəbər verir ki, Zelenski bu barədə selektor müşavirəsinin yekunları ilə bağlı Telegram kanalında paylaşım edib.
Prezident bildirib ki, paytaxt üçün ehtiyat nəqliyyat marşrutları hazırlanır, əlavə avtobusların sayı və şəhərin bəzi ərazilərində yol hərəkətinin təşkili məsələləri nəzərdən keçirilir.
Zelenski Baş nazir Sergey Koretskiyə yerüstü ictimai nəqliyyatda pulsuz gediş proqramı hazırlamağı və Kiyev üçün kifayət qədər avtobus ehtiyatı təmin etməyi tapşırıb.
Rusiyanın enerji və kritik infrastruktura hücumları nəticəsində Kiyevdə elektrik enerjisinin verilməsində yaranan fasilələr ictimai nəqliyyatın fəaliyyətinə də təsir göstərir. Elektrik şəbəkəsində gərginliyin azalması səbəbindən metroda fasilələr yaranır, tramvay və trolleybusların hərəkəti dayanıdırılır.