"Ermənistanın 3 əsas DÜŞMƏNİ ONLARDIR!" - Rubinyan AÇIQLADI
9-11-2026, 00:04
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan ölkənin sabiq prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanı Ermənistanın əsas düşmənləri adlandırıb.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
"Onlar Ermənistanın müstəqilliyinin əsas düşmənləri olublar və belə də qalırlar. Onların siyasi varisləri "Kaluqa ağaları" naminə Ermənistanın müstəqilliyinə qarşı mübarizədə heç bir cəhdi əsirgəmirlər. Kaluqa muzdluları müstəqil Ermənistana uduzacaqlar", - deyə Rubinyan bildirib.
Qeyd edək ki, Rubinyanın "Kaluqa ağaları" ifadəsini işlətməklə müxalifətin birbaşa Rusiyadakı müəyyən dairələrdən təlimat aldığını vurğuladığı bildirilir.
Sabiq prezidentlər və onların tərəfdarları ilə paşinyan hakimiyyəti arasında siyasi qarşıdurma pik həddə çatıb.