Fransa prezidentliyinə namizəd ölkəsini NATO-dan çıxarmaq istədiyini açıqlayıb

8-11-2026, 10:45           
Fransa prezidentliyinə namizəd ölkəsini NATO-dan çıxarmaq istədiyini açıqlayıb
Melanşon seçkilərdə qalib gələcəyi təqdirdə Fransanın Şimali Atlantika Alyansından ayrılacağını və ABŞ-ın müharibələrində iştirak etməyəcəyini bildirib.

2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək Jan-Lük Melanşon seçkilərdə qalib gələcəyi təqdirdə Fransanı NATO-dan çıxaracağını bəyan edib.

Bestmedia.az xəbər verir ki, siyasətçi bu barədə çıxışı zamanı danışıb.

“Fransanın NATO-da və Amerikanın müharibələrində yeri yoxdur” – Melanşon bildirib.

O, həmçinin Parisin silahlanmanın, ilk növbədə isə nüvə silahlarının azaldılması ilə bağlı danışıqlara cəlb olunmasını nəzərdə tutduğunu vurğulayıb.

Siyasətçinin bu açıqlamaları mitinq iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Melanşon daha əvvəl Rusiyanı Fransanın düşməni hesab etməkdən imtina edib və Moskvanı Parisin təbii müttəfiqi adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]