Ön Asiya və Qara dəniz – Türkün qədim ata yurdu: Başqord əfsanələri nə deyir?
9-11-2026, 09:14

Bozqurd mifi təkcə bir nağıl deyil, xalqın mifoloji yaddaşında saxladığı ən qədim coğrafi xəritədir.
Əgər türk etnosunun ilkin ata yurdu iddia edildiyi kimi Altay olsaydı, Ural ətəklərinə gələn başqordların yaddaşında köç istiqaməti Şərqdən Qərbə doğru qalmalı idi. Lakin akademiya və etnoqrafik mənbələr tamamilə başqa bir gerçəkliyi ortaya qoyur:
Güneydən gələn bələdçi Qurd: Başqırd folklorşünaslığının əsas akademik nəşrlərindən olan «Башкирское народное творчество» (БНТ, 1987, II cild, səh. 103–104) mənbəsində vurğulanır: Köç zamanı başqordlara bələdçilik edən Qurd onları GÜNEYDƏN (cənubdan) şimala gətirmişdir. (Firudin Ağasıoğlu 9 bitik)
Qara dəniz sahillərindən köç: Həmin akademik nəşrin 104-cü səhifəsində yer alan «Происхождение башкир» (“Başqordların mənşəyi”) əfsanəsində birbaşa qeyd olunur: «Башкирское племя пришло с Причерноморья» (“Başqord tayfası Qara dəniz sahillərindən gəldi.”)
Doğu Anadolu, Qafqaz və Urmu dəhlizi: Başqırdıstandan cənuba və cənub-qərbə doğru endikdə qarşımıza Qara dəniz sahilləri, Qafqaz, Doğu Anadolu və Urmu hövzəsi – yəni Ön Asiya çıxır. Bu tarixi və mifoloji paralellər köçün Altaydan deyil, məhz Ön Asiya və Qafqaz arealından başladığını sübut edən ən güclü şifahi dəlillərdəndir.
Tarixi faktlar və şifahi yaddaş bir daha göstərir ki, türkün ilk izləri Altay dağlarında deyil, məhz Ön Asiya, Azərbaycan və Anadolu torpaqlarındadır!
Günel Hasanova

