Zelenski: "Bu gün Ukraynaya endirilən kütləvi zərbələr nəticəsində 25 nəfər ölüb"

Dünən, 09:44           
Zelenski: "Bu gün Ukraynaya endirilən kütləvi zərbələr nəticəsində 25 nəfər ölüb"
Rusiyanın bu gün Ukraynaya endirdiyi kütləvi zərbələr nəticəsində 25 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.
"Report" xəbər verir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

"Ukraynaya endirilən kütləvi zərbələrdən sonra həlak olanların sayı ümumilikdə 25 nəfərdir. 100 nəfər yaralanıb. Zərbə kombinasiyalı olub: çox sayda ballistik raket, çox sayda qanadlı raket, "Shahed"lər. Gündüz saatlarında "Shahed"lər və aviasiya bombaları ilə yeni zərbələr endirildi", – o bildirib.

Ukrayna lideri Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsinin, habelə hava hücumundan müdafiə daxil olmaqla, Ukraynaya dəstək üçün əlavə tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

"Biz tərəfdaşlardan operativ tədarüklərə və kifayət qədər istehsalın təmin olunacağına böyük ümid edirik. Qərar qəbul edən bütün tərəflərlə daim əlaqə saxlayırıq. Tədarük qrafikinə əməl olunmalıdır", – o yekunlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]